azturkxeber.az
http://azturkxeber.az

FHN Lerik rayonunda seminar-müşavirə keçirib

17-07-2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lerik Rayon İcra Hakimiyyətində “Fövqəladə hadisə baş verdikdə və ya ehtimal olduqda əhalinin xəbərdarlığının təşkili baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin görülməsi və davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən verilən məlumata görə, seminar-müşavirənin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə nazirliyin regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsindən ibarət olub.

FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov çıxış edərək fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, fövqəladə hallarla mübarizə üzrə yerli icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyası sədrinin vəzifəsini müvəqqəti icra edən Arzu Vəliməmmədova fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı icra hakimiyyəti ilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb.

Seminar-müşavirədə çıxış edənlər yanğınların başvermə səbəblərindən və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili və digər məsələlərdən bəhs ediblər.

İnteraktiv müzakirələr fonunda davam edən seminar-müşavirədə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi ilə əlaqədar təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031