Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən 2 nəfər saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbir zamanı Orxan Qarayev və Polad Mehdiyev saxlanılıblar. Onların Salmanbəyli kəndi ərazisində yerləşən torpaq sahəsindən 70 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.