Zaur Həsənov Culfa Regional Tibb Mərkəzinə Direktor Təyin Olundu
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun imzaladığı əmrə əsasən, Zaur Həsənov Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin edilmişdir.
Yeni təyinatla əlaqədar olaraq Zaur Həsənov Culfa Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası, Ordubad Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Uşaq Xəstəxanasının kollektivlərinə təqdim olunmuşdur.