azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin vitse-prezidenti 15 İyul qəhrəmanlarının abidəsi önünə əklil qoyub

15-07-2025

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz paytaxtın Beştepe rayonunda ucaldılmış 15 İyul qəhrəmanlarının abidəsi önünə əklil qoyub.

Türkiyədə hakimiyyətin zorakı yollarla ələ keçirilməsi cəhdlərinin qarşısının alınmasının doqquzuncu ildönümü ilə əlaqədar Ankaradakı Prezident kompleksinin önündə keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, həmçinin şəhidlərin doğmaları və yaxınları, qazilərdən ibarət qrup iştirak edib.

Türkiyənin vitse-prezidenti qəhrəmanların yaxınlar ilə görüşüb, demokratiyanın müdafiəçilərinin ruhuna dualar oxunub.

Mərasim Türkiyə Milli Müdafiə Nazirliyinin “Mehtəran” kollektivinin konsert proqramı ilə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031