azturkxeber.az
http://azturkxeber.az

BTC istismara veriləndən 612 milyon ton Azərbaycan nefti xarici bazara nəql olunub

15-07-2025

BTC istismara veriləndən 612 milyon ton Azərbaycan nefti xarici bazara nəql olunub

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən cari il iyulun 1-dək ümumi ixrac olunan Azərbaycan nefti həcmləri 612,2 milyon ton təşkil edib.

SOCAR-dan bildirilib ki, bu həcmlərin 89 faizi BTC kəmərinin payına düşüb.

Bundan əlavə, qeyd olunan dövrdə BTC ilə daşınan tranzit neft həcmləri 66,6 milyon ton olub ki, bu da ümumi həcmin 11 faizini təşkil edir.

Xatırladaq ki, 13 iyul 2006-cı ildə “Əsrin müqaviləsi”nin əsas tərkib hissələrindən biri olan, Azərbaycan neftinin birbaşa dünya bazarlarına çıxışını təmin edən və ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən BTC əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi Türkiyənin Ceyhan terminalında keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031