azturkxeber.az
http://azturkxeber.az

Böyük Britaniyada meşə yanğınları baş verib

15-07-2025

Böyük Britaniyada meşə yanğınları baş verib

Ötən gecə Böyük Britaniyanın paytaxtı London şəhərinin şərqində yerləşən üç fərqli ərazidə - Dagenem, Hornçerç və Valtamstou Marşlarında meşə yanğınları baş verib.

Yanğınların söndürülməsinə 200-dən çox yanğınsöndürən cəlb olunub. Ən böyük yanğın Dagenemdə 8 hektar ərazidə qeydə alınıb. Burada alov yaşayış evlərinə yaxınlaşıb, sakinlərin bəziləri evlərini müvəqqəti tərk etmək məcburiyyətində qalıblar.

London yanğın xidmətinin məlumatına görə, bu cür yanğınların sayı isti və quraq hava şəraiti ilə əlaqədar artmaqda davam edir.

Yay mövsümündə riskin artması ilə əlaqədar yanğınsöndürənlər üçün xüsusi təlimlər təşkil olunub.

Yanğınların səbəbi araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031