azturkxeber.az
http://azturkxeber.az

Xətai və Xəzər rayonlarında oğurluq edən üç nəfər saxlanılıb

14-07-2025

Xətai və Xəzər rayonlarında oğurluq edən üç nəfər saxlanılıb

Xətai və Xəzər rayonlarında yerləşən iki obyektdən oğurluq edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1400 manat maddi zərər vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Ə.Məhərrəmov, 26 yaşlı Ə.Alıyev və 21 yaşlı O.İgdalıyev saxlanılıblar.

Aparılan araşdırmalarla müəyyən olunub ki, Ə.Məhərrəmov daha bir marketdən 350 manat, digər saxlanılan şəxslər isə Xəzər rayonu ərazisində yerləşən iki evdən məişət və texniki əşyalar oğurlayıblar.

Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031