Həftəsonu polis əməkdaşları 100 kiloqrama yaxın narkotik vasitə aşkarlayıblar
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də və 13-də ümumi çəkisi 100 kiloqrama yaxın narkotik vasitə və 10 min 310 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 7 min 9 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: