azturkxeber.az
http://azturkxeber.az

BƏƏ şirkəti Suriyanın Tartus limanının inkişafına 800 milyon dollar sərmayə qoyur

14-07-2025

BƏƏ şirkəti Suriyanın Tartus limanının inkişafına 800 milyon dollar sərmayə qoyur

Birləşmiş Ərəb Əmirliklərinin “DP WORLD” (Dubay Dünya Limanları) şirkəti Suriyanın Tartus limanının inkişafına 800 milyon dollar sərmayə yatıracaq.

Bu barədə iyulun 13-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın iştirakı ilə, Dəməşqdə Suriyanın Quru və Dəniz Sərhəd Keçidləri üzrə Baş İdarəsi ilə DP WORLD şirkəti arasında investisiya müqaviləsi imzalanıb.

Sənədə görə, investisiya limanın genişləndirilməsi, idarə olunması, eləcə də logistika infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldiləcək.

Baş İdarənin sədri Quteybə Bədəvi bu müqavilə ilə Suriyada liman və dənizçilik sahəsində yeni mərhələnin əsasının qoyulduğunu bildirib.

BƏƏ şirkətinin icraçı direktoru Sultan bin Səlim bildirib ki, Tartus limanı mühüm bağlantı nöqtəsi ola bilər. O, Avropaya açılan ideal qapıdır.

Müqavilə tərəflər arasında bu ilin may ayında imzalanmış Anlaşma Memorandumunun davamı olaraq imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031