azturkxeber.az
http://azturkxeber.az

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb

12-07-2025

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, həmin şəxs əvvəllər də analoji əmələ görə məhkum olunmuş 39 yaşlı Elnur Eyyubovdur.

Onun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən dibçəklərdə çətənə kolları aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Eyyubov barəsində həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031