azturkxeber.az
http://azturkxeber.az

Göyçayda bağ sahəsini narkotik plantasiyasına çevirən şəxs tutulub

27-06-2025

Göyçayda bağ sahəsini narkotik plantasiyasına çevirən şəxs tutulub

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, onun bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə kolu aşkar edilib.V. Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada günəş panelli videokameralar da quraşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30