azturkxeber.az
http://azturkxeber.az

Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

12-07-2025

Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 160 min 257 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, örülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Həmin vəsaitin 90 faizə qədəri əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin, 42 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031