azturkxeber.az
http://azturkxeber.az

Stolüstü tennisçilər Avropa birinciliyində iştirak edəcəklər

10-07-2025

Iyulun 11-də Çexiyanın Ostrava şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa birinciliyi start götürəcək. Seçmə komandamız mötəbər yarışa 6 idmançı ilə qatılacaq. Söhbət Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən gedir. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər. Seçmə komandamız bu gün yarışın keçiriləcəyi Ostrava şəhərinə yola düşüb. Avropa çempionatına iyulun 20-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031