azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın nümayəndələri Zaqrebdə keçirilən beynəlxalq təlim səfərində iştirak ediblər

10-07-2025

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müşaviri Rəşad Novruzov və Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin əməkdaşı Elvin Hacıyev Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Məlumatların mühafizəsi təcrübələri üzrə təlim”də iştirak ediblər.

Təlim zamanı fərdi məlumatların mühafizəsi və rəqəmsallaşma sahəsində institusional və tənzimləyici mexanizmlər, süni intellektdən məsuliyyətli istifadə və onun hüquqi tənzimlənməsi, kibertəhlükəsizlik çərçivələri, şikayətlərə baxılması, araşdırılması və həlli mexanizmləri barəsində digər dövlətlərin müsbət təcrübələri ilə bağlı məruzələr dinlənilib.

Tədbir çərçivəsində Xorvatiyanın Şəxsi Məlumatların Mühafizəsi Agentliyi tərəfindən təşkil edilən ekspert sessiyalarında bu qurumun səlahiyyətləri və fəaliyyət istiqamətləri, o cümlədən yerli 108+ saylı Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər geniş şəkildə müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031