azturkxeber.az
http://azturkxeber.az

Donald Tramp ABŞ Sahil Mühafizəsi üçün buzqıranların alınmasına 8,6 milyard dollar ayırmaq niyyətindədir

05-07-2025

Donald Tramp ABŞ Sahil Mühafizəsi üçün buzqıranların alınmasına 8,6 milyard dollar ayırmaq niyyətindədir

ABŞ Prezidenti Donald Trampın vergi və xərclərə dair qanun layihəsi ABŞ Sahil Mühafizəsinin Arktikadakı buzqıran donanmasının artırılması üçün 8,6 milyard dollardan artıq vəsaitin ayrılmasını nəzərdə tutur. Vaşinqton bu addımla Rusiyanın və Çinin artan təsirinə qarşı müqavimət göstərməyi planlaşdırır.

Bu maliyyələşdirməyə 3 yeni ağır buzqıran katerinin alınmasına 4,3 milyard dollar, Arktikada orta buzqıran katerlərin alınmasına 3,5 milyard dollar və əlavə yüngül və orta buzqıran katerlərin alınmasına 816 milyon dollar vəsait daxildir.

Yeni katerlər gücləndirilmiş korpuslara və açıq sularda buzların yarılması üçün xüsusi bucaq altında dizayn edilmiş burun hissələrinə malik olacaq.

Donald Tramp ABŞ-ın gəmiqayırma sənayesinin canlandırılmasına israr edir ki, Çinin dəniz nəqliyyatı sahəsində artan gücünə və hərbi-dəniz üstünlüyünə qarşı müqavimət göstərmək mümkün olsun. İlin əvvəlində Tramp bu məqsədlə Çin gəmilərinə və liman avadanlıqlarına rüsum və tariflərin tətbiqini nəzərdə tutan ayrıca planlar təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031