“AzerGold” qiymətli metalların yerli və xarici bazarlarda satışını uğurla davam etdirir
Doqquz il əvvəl təbii resursları sosial rifaha və dayanıqlı inkişafa çevirmək məqsədilə yola çıxan “AzerGold” QSC fəaliyyəti dövründə 522 711 unsiya qızıl, 988 717 unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışını həyata keçirib.
Bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilir. Qeyd olunub ki, “AzerGold” qızıl və gümüşün yerli və xarici bazarlarda satışını uğurla həyata keçirərək ölkə iqtisadiyyatına töhfə verməyə davam edir.