azturkxeber.az
http://azturkxeber.az

Qəbələdə “MDB Gənclər Təşkilatlarının Forumu” keçirilib

04-07-2025

“Qəbələ – MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı: Müxtəlifliyin və birliyin təntənəsi” adlı beynəlxalq tədbir proqramı çərçivəsində MDB-yə üzv ölkələrin aparıcı gənclər təşkilatlarının iştirakı ilə “MDB Gənclər Təşkilatlarının Forumu” keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, forumda əvvəlcə Dövlət Himni səsləndirilib. Ardınca gənclər və idman nazirinin müavini İndira Hacıyeva, MDB İcraiyyə Komitəsinin humanitar əməkdaşlıq, ümumi siyasi və sosial məsələlər departamentinin mədəniyyət, idman, turizm və gənclərlə iş sahəsində əməkdaşlıq şöbəsinin müdiri Tatyana Kovalyova, Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, “Belarus Respublika Gənclər İttifaqı” İctimai Birliyi Mərkəzi Komitəsinin təşkilati, kadr, hüquq işi və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Yulia Kirpiçenko və Daşkənd vilayətinin Gənclərlə iş şöbəsinin müdiri Nodir Xociyev çıxış ediblər.

Forumun davamında baş tutan şəbəkələşmə sessiyası çərçivəsində regionlarda gənclərin üzləşdiyi ortaq problemlər və onların mümkün həll yolları barədə geniş fikir mübadiləsi aparılıb. Ardınca iştirakçılar qruplara bölünərək təmsil etdikləri ölkələrdə həyata keçirilən gənclər siyasəti modellərini analiz edib, qarşıdakı dövrdə reallaşdırıla biləcək ortaq layihələr üzərində çalışaraq təqdim ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031