azturkxeber.az
http://azturkxeber.az

Ötən il ilk dəfə olaraq 11 mindən çox tərbiyəçi-müəllim diaqnostik qiymətləndirilmədən keçib

04-07-2025

Ötən il ilk dəfə olaraq 11 mindən çox tərbiyəçi-müəllim diaqnostik qiymətləndirilmədən keçib

2024-cü ildə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində 11 218 tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib.

Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb. Məlumatda qeyd olunub ki, tərbiyəçi-müəllimlərdən 1 nəfəri maksimum nəticə olan 60 bal toplayıb.

Həmçinin 324 nəfər (2.9 faiz) 50 baldan yuxarı, 911 nəfər (8.1 faiz) 46-51 bal arasında, 1380 nəfər (12.3 faiz) 41-46 bal, 1624 nəfər (14.5 faiz) 36-41 bal, 2002 nəfər (17.8 faiz) 30-36 bal arasında nəticə göstərib, 4977 nəfər (44.4 faiz) 30 baldan aşağı toplayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031