Növbəti tədris ilində daha 89 məktəbdə “Peşə təmayüllü siniflər” layihəsinin tətbiqi planlaşdırılır
2024-2025-ci tədris ilində peşə təmayüllü siniflər daha 53 məktəbdə fəaliyyətə başlamaqla əhatə dairəsini genişləndirib və ümumilikdə 249 məktəbi əhatə edib.
Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024–2025-ci tədris ilinə dair hesabatında yer alıb.
Məlumatda qeyd olunub ki, 2024-2025-ci tədris ilində layihə çərçivəsində 4 yeni pilot ixtisasın tədrisinə başlanılıb. Layihə 1087 nəfər müəllim, 7000-dən çox şagirdi əhatə edir.
“Peşə təmayüllü siniflər” layihəsinin 2025–2026-cı tədris ilində daha 89 təhsil müəssisəsində tətbiqi planlaşdırılır. Bu genişlənmə nəticəsində peşə təmayüllü siniflərdə 10 mindən çox şagirdin təhsil alması nəzərdə tutulur.