azturkxeber.az
http://azturkxeber.az

Rusiyanın Volqoqrad şəhərində RF respublikaları və MDB-dən olan şəxslərin avtomobilləri yandırılıb

30-06-2025

Rusiyanın Volqoqrad şəhərində RF respublikaları və MDB-dən olan şəxslərin avtomobilləri yandırılıb

Rusiyanın Volqoqrad şəhərində ekstremist qrup yaratmaq, RF respublikaları və MDB-dən olan şəxslərin avtomobillərini yandırmaq kimi cinayətlərdə şübhəli bilinən həddi-buluğa çatmamış dörd nəfər saxlanılıb.

Cinayətkar qrupun təşkilatçısı mesencerdə müəyyən millətlər və dinlərin nümayəndələrinə qarşı zorakılıq çağırışları edən 17 yaşlı yeniyetmədir.

İstintaqın məlumatına görə, iştirakçılar icarəyə götürülmüş qarajda görüşüb və orada dövlət orqanlarına qarşı aksiyalara hazırlıq məsələlərini müzakirə ediblər. Onlar müxtəlif milli respublikalardan və qonşu ölkələrdən olan insanlara məxsus avtomobilləri, habelə Qələbə bayrağının surətini yandırmaq, Volqoqrad Gəmiqayırma Zavodunun memorial divarına nasist rəmzləri çəkmək kimi bir neçə cinayət planını həyata keçirməyə nail olublar.

İcarəyə götürülmüş binaya baxış zamanı sənaye xarakterli partlayıcı maddələr aşkar edilərək götürülüb. Cinayətlərin təşkilatçısı nəzarətə götürülüb, daha üç iştirakçı isə ev dustaqlığına buraxılıb. Onların barəsində nasizmin reabilitasiyası və bir sıra digər maddələrlə cinayət işi açılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30