azturkxeber.az
http://azturkxeber.az

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

30-06-2025

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova Yekaterinburda baş vermiş hadisə ilə bağlı ölkəsinin Baş Prokurorluğuna müraciət edib.
Azturkxeber.az -ın məlumatına görə, APA Rusiya mediasına istinadən xəbər verir ki, Moskalkova deyib ki, Rusiya Federasiyasının Baş Prokurorluğuna həbsin qanuniliyini və əsaslılığını, habelə cinayət törətməkdə şübhəli bilinən şəxslərin və qurbanların hüquqlarına riayət olunmasını yoxlamaq üçün vəsatətlə müraciət edib.
Rusiya Ombudsmanı məsələ ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliyevanın ona müraciət etdiyini vurğulayıb.
Qeyd edə ki, Səbinə Əliyeva Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hücumlarla bağlı Rusiya Ombudsmanına müraciət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30