Mariya Zaxarova DİN-in “Sputnik” ofisində keçirdiyi əməliyyat barədə:
Rusiya səfirliyi baş verənlər barədə Azərbaycanın Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatverib – hələ cavab yoxdur.
Rusiya narahatlıq bildirir ki, artıq iki saatdan çoxdur Bakıda olan rusiyalı diplomatlar Rusiya vətəndaşı olan jurnalistlərlə əlaqə qura bilmirlər. Rusiya səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarına həmin jurnalistlərlə görüşməyə icazə verilmir və bu hərəkətlərin səbəbi barədə heç bir məlumat təqdim olunmur.