azturkxeber.az
http://azturkxeber.az

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.

Azturkxeber.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Bəylər Eyyubov Prezidentin Katibliyinin rəisi təyin olunub.

Qeyd edək ki, 74 yaşlı B.Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

O, göstərdiyi xidmətlərinə görə “Şərəf”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” (3 dəfə) və digər orden-medallarla təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30