ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
ABŞ-ın Ohayo ştatında yüngül mühərrikli “Cessna 441” təyyarəsinin qəzaya uğraması nəticəsində altı nəfər, o cümlədən iki ekipaj üzvü həlak olub.
Hadisə Haulend şəhəri yaxınlığında baş verib. Montana ştatının Bozmen şəhərinə uçan təyyarə havaya qalxdıqdan yeddi dəqiqə sonra yerə çırpılıb. Hakimiyyət orqanlarının məlumatına görə, qəza zamanı təyyarədə olanlardan heç kim sağ qalmayıb.
Qəzanın səbəbləri hələ ki məlum deyil. ABŞ Federal Mülki Aviasiya İdarəsi və Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şura insidentlə bağlı təhqiqata başlayıb.