azturkxeber.az
http://azturkxeber.az

U-16 qız seçməmiz "Airom Cup" beynəlxalq turnirində ardıcıl 4-cü qələbəsini qazanıb

24-06-2025

24 iyun qızlardan ibarət U-16 millimizin Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində növbəti oyunları baş tutub. U-16 seçməmiz turnirdə 3-cü görüşünü Rusiyanın "MBU Volqoqrad" klubuna qarşı keçirib və 67:38 hesablı qələbəyə sevinib. Qızlarımız günün ikinci oyununda isə Qazaxıstan təmsilçisi "Aul Sport" klubu ilə qarşılaşıb və 59:39 hesabı ilə rəqibinə qalib gəlib. Bu qızlarımızın turnirdə "Aul Sport" klubu üzərində ikinci qələbəsi olub. Qeyd edək ki, bütün görüşlərini qələbə ilə tamamlamış qızlarımızın növbəti oyunları 25 iyunda baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30