azturkxeber.az
http://azturkxeber.az

Respublika fənn olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub

24-06-2025

İyunun 24-də Bakı Konqres Mərkəzində respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə respublika fənn olimpiadaları barədə videoçarx nümayiş etdirilib.

Elm və təhsil naziri Emin Əmrullayev olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına əminliyini ifadə edib.

Nazir son illərdə respublika fənn olimpiadalarında iştirak edənlərin sayının əhəmiyyətli dərəcədə artdığını və bu il sözügedən olimpiadalarda iştirakçı sayının 80 mini ötdüyünü diqqətə çatdırıb. Emin Əmrullayev bildirib ki, istedadlı şagirdləri həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək təhsilin əsas hədəflərindən biridir.

Emin Əmrullayev çıxışının sonunda qalibləri və onların valideynlərini, müəllimlərini bir daha təbrik edib, şagirdlərə yeni nailiyyətlər arzulayıb.

Tədbirin rəsmi hissəsindən sonra qaliblərə mükafatlar təqdim edilib. Qeyd edilib ki, 2024-2025-ci tədris ilində sözügedən olimpiadalarda 8 fənn üzrə ümumilikdə 95 nəfər qızıl, 170 nəfər gümüş və 249 nəfər bürünc medal qazanıb.

Tədbir çərçivəsində musiqi nömrələri də səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30