azturkxeber.az
http://azturkxeber.az

İran Almaniya vətəndaşının ötən il həbs olunmasını ilk dəfə rəsmi şəkildə təsdiqləyib

22-06-2025

İran Almaniya vətəndaşının ötən il həbs olunmasını ilk dəfə rəsmi şəkildə təsdiqləyib

İran gənc alman velosipedçinin casusluq şübhəsi ilə ötən il həbs olunduğunu rəsmi şəkildə təsdiqləyib.

Bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumatda İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin Almaniya vətəndaşını həbs etdikləri qeyd olunub. Onun saxlanılma tarixi qeyd olunmasa da, həbs anını əks etdirən videogörüntülərin olduğu bildirilir.

“Mehr” agentliyinin məlumatına görə, saxlanılan şəxs hərbi və nüvə obyektlərinin koordinatlarını və yerlərini qeydə alaraq göndərməkdə ittiham olunur. İttihamlarla və mümkün hüquqi addımlarla bağlı əlavə məlumat verilməyib.

İran üzrə ekspertlər casusluq ittihamının əsassız olduğunu, Tehranın bu həbsi diplomatik danışıqlarda təzyiq vasitəsi kimi istifadə edə biləcəyini iddia edirlər. Almaniyanın Xarici İşlər Nazirliyi məsələyə hələlik münasibət bildirməyib.

Qeyd edək ki, son günlər İran mediası ölkədə casusluqda şübhəli bilinən onlarla şəxsin saxlanılması barədə məlumatlar yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30