azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva Türkiyənin Dünya Mediatorlar Assosiasiyası tərəfindən “Fəxri Mediator” adına layiq görülüb

20-06-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə Bakı şəhərində “Hüququn aliliyinin möhkəmləndirilməsi: Ombudsman və milli insan hüquqları təşkilatlarının rolu” mövzusunda Beynəlxalq Ombudsman Simpoziumu təşkil olunub.

“Konstitusiya və suverenlik ili”, eləcə də 18 iyun – İnsan Hüquqları Günü münasibətilə keçirilən bu simpoziumda müxtəlif ölkələrin ombudsmanları və milli insan hüquqları institutlarının rəhbərləri və nümayəndələri, dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak ediblər.

Simpoziumda çıxış edən Azərbaycan Respublikasının Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov konfrans iştirakçılarına bildirib ki, ötən il Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Mediasiya Şurasının fəaliyyətinə dəstəyi və mediasiya institutunun inkişafına verdiyi töhfəyə görə “Fəxri Mediator” elan edilib. O, həmçinin qeyd edib ki, Ombudsman Səbinə Əliyeva türkdilli ölkələrin mediatorları arasında əlaqələrin qurulmasında və Ankara şəhərində keçirilmiş Türkdilli Ölkələrin Beynəlxalq Mediatorlar Konfransının açılış mərasimi də daxil olmaqla, bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsində, o cümlədən “Qarabağ Gecəsi”nin təşkilində böyük dəstək göstərib.

Nadir Adilov əlavə edib ki, türkdilli ölkələrin mediator assosiasiyaları və ombudsmanları arasında qarşılıqlı və səmərəli əməkdaşlıq keyfiyyətli mediasiya xidmətlərinin tətbiqində mühüm rol oynayır.

Eyni zamanda Nadir Adilov vurğulayıb ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva türkdilli ölkələrdə mediasiya proseslərinin inkişafına dəstəyinə görə “Fəxri Mediator” adına layiq görülüb. Türkiyənin Dünya Mediatorlar Assosiasiyası İdarə Heyəti və Azərbaycan Respublikasının Mediasiya Şurası adından Səbinə Əliyevaya mediasiya sahəsində göstərdiyi dəstəyə görə dərin təşəkkür ifadə olunub və Ombudsman Səbinə Əliyevaya digər ombudsmanların iştirakı ilə “Fəxri Mediator” lövhəsi təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30