Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya festivalı TEKNOFEST bu il 12-ci dəfə öz qapılarını açacaq. 17-21 sentyabr tarixləri arasında İstanbulda keçiriləcək festival Türkiyə Texnologiya Komandası Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi ilə Atatürk Hava Limanında keçiriləcək.
Bu günə qədər 11 milyona yaxın ziyarətçini ilhamlandıran TEKNOFEST sivilizasiyaların beşiyi olan İstanbulun bənzərsiz atmosferində texnologiya və innovasiya küləklərini əsdirəcək.
Dünyanın hər yerindən elm və texnologiyanı rəhbər tutan gəncləri bir araya gətirən TEKNOFEST İstanbul innovasiyalarla dolu yarışmalardan tutmuş nəfəs kəsən hava şoularına qədər texnologiya və həyəcanı bir araya gətirən bir çox tədbirə ev sahibliyi edəcək. Hər il yenilənən yarışma kateqoriyaları ilə seçilən TEKNOFEST İstanbul bu dəfə 54 əsas və 127 alt kateqoriyada keçiriləcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
TEKNOFEST 2025-də Azərbaycan rüzgarı (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Türkiyə: İşgüzar görüşlər və tədbirlər üçün mükəmməl məkan
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB