azturkxeber.az
http://azturkxeber.az

Suriyanın ilk parlamentinin 2-3 ay ərzində qurulması planlaşdırılır

19-06-2025

IMG


Suriyada Baas rejiminin süqutundan sonra yeni məclis üzvlərini müəyyən etmək üçün yaradılan Yüksək Seçki Komissiyası parlamentin 60-90 gün ərzində qurulmasının planlaşdırıldığını açıqlayıb. Ali Seçki Komissiyasının sədri Məhəmməd əl-Əhməd və Komissiyanın media sözçüsü Nəvvər Nəcmə paytaxt Dəməşqdə proses və iş gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.

Seçki prosesinin keçid dövrünün reallıqlarına və milli məsuliyyətə uyğun formalaşdığını bildirən Məhəmməd əl-Əhməd "Biz klassik seçki keçirmək iddiasında deyilik. Keçid prosesinin mahiyyətinə görə seçkilər həmişəkindən fərqli zəmində keçiriləcək" -deyə bildirib. "Müvəqqəti seçki sistemi" layihəsinin hazırlandığını qeyd edən Əhməd, "Heç kəsi kənarda qoymadan əhatəli bir quruluşu hədəfləyirik. Səlahiyyət və ictimai təmsilçilik arasında balanslı bir bölüşdürməni təmin etməyə çalışacağıq"-deyə əlavə edib.

Devrilmiş rejimdən sonra ilk parlamentin 60-90 gün ərzində qurulmasının planlaşdırıldığını qeyd edən Komissiyanın media sözçüsü Nəvvər Necme bu iclasa ən yaşlı üzvün sədrlik edəcəyini bildirib.

Xatırladaq ki, Prezident Əhməd Şara Ali Seçki Komissiyasının yaradılması haqqında fərmanı iyunun 13-də imzalayıb.Yeni parlament 150 nəfərdən ibarət olacaq və bu üzvlərin üçdə ikisini Ali Seçki Komissiyası, qalan üzvləri isə Şara seçəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30