azturkxeber.az
http://azturkxeber.az

Qırğızıstanın Hakimlər Şurasının sədri: Hüquqi etibarın vahid məkanını formalaşdırırıq

19-06-2025

Qırğızıstanın Hakimlər Şurasının sədri: Hüquqi etibarın vahid məkanını formalaşdırırıq

Birgə tarix və dil xalqlarımızı birləşdirir. Düşünürəm ki, hüquqi bazaya da nail olmaq lazımdır.

Bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclasında çıxış edən Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova deyib.

TDT Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsinə toxunan A.Seidakmatova bildirib: "Bu sənəd əməkdaşlıq üçün yeni üfüqlər açır, hüquqi təcrübələrin mübadiləsi üçün imkanlar yaradır. Bizim ənənələrimiz oxşardır. Bunların hamısı insan hüquqlarının qorunmasına yönəlməlidir. Biz hüquqi etibarın vahid məkanını formalaşdırırıq. Ölkələr arasında qarşılıqlı əməkdaşlıq inkişaf etdirilməlidir. Bugünkü addım, fəaliyyət ölkələrimizin suverenliyinin və müstəqilliyinin qorunmasına töhfə verəcək. Bu gün tarixi hadisənin şahidiyik və imzalanan sənəd çox dərin köklərə malik olacaq. Bu, hüququn tətbiqi, hüquq sisteminin inkişafı baxımından çox mühüm sənəddir", - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30