azturkxeber.az
http://azturkxeber.az

Pekində Azərbaycan kitabına həsr olunmuş müzakirə aparılıb

19-06-2025


İyunun 19-da Pekin Beynəlxalq Kitab Sərgisinin təqdimat salonunda Azərbaycan kitab mədəniyyətinə həsr olunmuş “Sözün İpək Yolu: Azərbaycan Kitab Ekosistemi” adlı panel müzakirəsi keçirilib. Tədbir Azərbaycan ədəbiyyatının beynəlxalq təqdimatı, nəşriyyat potensialı və Çin ilə mədəni əməkdaşlıq imkanlarına dair dəyərli fikir mübadiləsi ilə yadda qalıb.

Paneldə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli, şair və esseist Qismət, “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, eləcə də Çin Şeiriyyat İnstitutunun katibi, şair Vanq Şan iştirak ediblər.

Müzakirə zamanı Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol, müasir dövrdə kitabların nəşrindəki dinamika, ədəbi tərcümələrin rolu və gənc oxucu auditoriyasına çıxış imkanları vurğulanıb. Spikerlər Azərbaycanın ədəbi irsinin Çində tanıdılması və qarşılıqlı nəşr təşəbbüslərinin genişləndirilməsi baxımından bu cür görüşlərin əhəmiyyətini önə çəkiblər.

Tədbirdə, həmçinin Azərbaycan və Çin xalqlarının dostluğunda, mədəniyyətlərarası dialoqda kitabın körpü roluna toxunulub, gələcək əməkdaşlıqlara dair təkliflər səsləndirilib.

Panelin sonunda iştirakçılar auditoriyanın suallarını cavablandırıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi və Çindəki səfirliyimizin birgə təşkilatçılığı ilə Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30