İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından nümunələr götürərək müayinələrə cəlb ediblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26 min 900 ədəd 100 millilitrlik (suspenziya) və 20 min 400 ədəd 10 millilitrlik (ampul) baytarlıq preparatı məhv edilib.