Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın təhdidlərinə qarşı üçtərəfli təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədilə hərbi hava təlimləri keçirib.
Cənubi Koreyanın hərbi hava qüvvələrinin açıqlamasına görə ölkənin cənubunda keçirilən təlimlərə Cənubi Koreyanın F-15K, ABŞ-ın F-16 və Yaponiyanın F-2 qırıcıları cəlb olunub.
“Təlim Cənubi Koreya, ABŞ və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirmək, Şimali Koreya tərəfindən artan nüvə və raket təhdidlərinin qarşısını almaq, Koreya yarımadasında və bütövlükdə bölgədə sülh və sabitliyi qorumaq məqsədi ilə keçirilib”, - deyə Cənubi Koreya hərbi hava qüvvələrinin açıqlamasında vurğulanır.
Qeyd edək ki, bu, İ Ce Myunqun Cənubi Koreyada prezident seçilməsində sonra keçirilən ilk üçtərəfli hərbi təlimdir. Sonuncu dəfə üçtərəfli təlim yanvarda keçirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
BMT nüvə sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü münasibətilə üzv dövlətlərə müraciət edib