Tropik sularda yaşayan, elmi adı “Priacanthus Sagittarius” olan və gözlərinin böyüklüyünə görə “mandagöz” adlandırılan balıq növü ilk dəfə Antalyada görülüb.
Antalya körfəzindəki Maden körfəzi sahillərində balıqçı tərəfindən torla 70 metr dərinlikdə tutulan və çəkisi 94 qram olan "mandagöz" Qırmızı dəniz mənşəli bir balıq növüdür. Bu növ balıq ilk dəfə 2018-ci ildə Aralıq dənizi körfəzində Mersin sahillərində təsbit edilib. Balıq mərcan balığına bənzədiyi üçün "mandagöz mərcan" olaraq da tanınır. Əti yeyilə bilən zəhərsiz bir növdür.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Türkiyənin döyünən ürəyi adlandırılan Mersin
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi”
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını gözləyir
Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı