azturkxeber.az
http://azturkxeber.az

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

17-06-2025

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Cari ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artaraq 5 milyard 680,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 298,5 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,7 faizini təşkil edib.

Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 555,1 manatlıq və ya 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə nominal ifadədə 82,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30