azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda ilk dəfə Aquatlon üzrə Ölkə Çempionatı keçirildi

15-06-2025


İyunun 14-də, Şuraabadda yerləşən Blueplanet Kite Beach Hoteldə ilk dəfə olaraq Aquatlon üzrə ölkə çempionatı keçirildi. Yarış Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Alufar şirkətinin baş sponsorluğu ilə baş tutdu.
Bu mötəbər tədbirin əsas məqsədi ölkənin regionlarında triatlon idman növünü tanıtmaq və onun kütləviləşməsinə dəstək vermək idi.
Yarışda respublikanın müxtəlif bölgələrindən və klublarından olan 160 idmançı öz gücünü sınadı. Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionat həm iştirakçılar, həm də tamaşaçılar üçün yaddaqalan idman bayramına çevrildi.
Yarışın əsas qalibləri:
Qızlar
1. Abduləzizova Leyla
2. Xəlilova Milanə
3. Dadaşzadə Leyla
Oğlanlar
1. Rzazadə Əli
2. Məmmədli Toğrul
3. Musayev Tamerlan






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30