azturkxeber.az
http://azturkxeber.az

Türkiyə ilə sosial xidmətlər sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

13-06-2025

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş arasında işçi şam yeməyi əsnasında görüş olub.

Mahinur Özdemir Göktaş Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirləri və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda Bakıda keçirilən 2-ci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində iki ölkənin əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən sosial sahədə daim genişlənməkdə olduğu qeyd edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun tətbiqinə dair 2024-2025-ci illər üzrə Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs olunub.

Əməkdaşlığın intensivləşdiyi və birgə tədbirlərin uğurla davam etdiyi nəzərə alınmaqla növbəti illər üzrə yeni Fəaliyyət Planının hazırlanmasına, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30