Naxçıvanda qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb
Babək Rayon Polis İdarəsinin əməkdaşları sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayevi saxlayıblar.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı Elməddin Babayevin sosial şəbəkə hesablarında fiziki məhdudiyyətli azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır. E.Babayevin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.