azturkxeber.az
http://azturkxeber.az

Şirvanda “Məşğulluğa dəstək layihəsi” ilə bağlı növbəti məlumatlandırma tədbiri keçirilib

13-06-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” barədə növbəti məlumatlandırma tədbiri Şirvan şəhərində olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbir layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları ona cəlb etmək məqsədi daşıyıb.

İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyənlərin iştirakı ilə keçirilən tədbirdə layihənin hədəf və məqsədlərindən bəhs olunub. “Məşğulluğa dəstək layihəsi”nin əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumatlar verilib.

Layihə çərçivəsində öz bizneslərini qurmuş benefisiarların uğur hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində öz biznesini qurmaq istəyənlərə bununla bağlı müvafiq tövsiyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30