azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan təmsilçisi Sloveniya klubu ilə əməkdaşlığa başlayıb

13-06-2025

Azərbaycan təmsilçisi Sloveniya klubu ilə əməkdaşlığa başlayıb

"Kəpəz" Sloveniyanın “Celje” klubu ilə əməkdaşlığa başlayıb.

Klubdan verilən məlumata görə, hər iki tərəfin rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Namiq Qədirov, “Celje” klubunun prezidenti Valeri Kolotilo, klubun idman direktoru Qennadi Qolubin və Baş Əməliyyat Direktoru Zoran Podkoritnik işitrak ediblər. Tərəflər arasında bir sıra məsələlər müzakirə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşma klublar arasında mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlərin və dəstəyin göstərilməsini əhatə edir.

Qeyd edək ki, 1919-cu ildə yaradılan “Celje” klubu 2 dəfə Sloveniya çempionatının və kubokunun qalibi olub. Sele şəhərinin təmsilçisi 2024-2025-ci illər mövsümündə UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə kimi irəliləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30