azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan millisi yoldaşlıq oyununda Macarıstana məğlub olub

11-06-2025

Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

Yığma komandamız Macarıstanla qarşılaşıb. “Liv Bona Dea Arena”da təşkil olunan oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Macarların heyətində Bernabaş Varqa ilə Dominik Soboslai fərqləniblər. Millinin yeganə qoluna isə Renat Dadaşov imza atıb.

Matçı belaruslu baş hakim Viktor Şimusikin idarə edib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi milli iyunun 7-də Riqada Latviya ilə qolsuz heç-heçə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30