azturkxeber.az
http://azturkxeber.az

ABŞ-ın Los-Anceles şəhərində miqrantların etiraz aksiyaları başqa ştatlara da sıçrayıb

11-06-2025

ABŞ-ın Los-Anceles şəhərində miqrantların etiraz aksiyaları başqa ştatlara da sıçrayıb

ABŞ-ın Los-Anceles şəhərində İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsinə qarşı miqrantların etiraz aksiyaları başqa ştatlara da sıçrayıb.

Bu gün təxminən 50 nəfər Vaşinqton ştatının Sietl şəhərinin mərkəzindəki immiqrasiya məhkəməsi qarşısında toplaşaraq idarənin və deportasiyanın dayandırılmasına dair şüarlar səsləndiriblər.

Aksiya dinc şəraitdə keçib və ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları olmayıb.

Sosializm və Azadlıq Partiyasının Ostin bölməsi tərəfindən şəhərdə başqa aksiya təşkil edilib. Yüzlərlə etirazçı Kapitol binası yaxınlığında toplaşaraq İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsinin yerləşdiyi federal binaya doğru hərəkət edib. Texas qubernatoru Qreq Ebbot sosial mediada Ostin şəhərində 10-dan çox etirazçının həbs edildiyini yazıb.

Ştatın Dallas şəhərində yüzlərlə nümayişçi bir neçə saat ərzində şəhər körpüsündə mitinq üçün toplaşıb.

Luiziana ştatının Yeni Orleans şəhərində 100-dən çox insan Los-Anceles etirazçıları ilə həmrəylik nümayiş etdirmək və şəhərdəki immiqrasiya reydlərinə etiraz etmək üçün aksiyası keçirib. Həmçinin miqrantların Nyu-York, Çikaqo, Vaşinqton, Atlanta kimi böyük şəhərlərdə aksiyaları planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30