Ukrayna Ordusunun rəsmisi: Rusiya ölkəmizə 1000-ə yaxın PUA ilə hücum edəcək
Yaxın vaxtlarda Rusiya ölkəmizin ərazisinə 1000-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum edəcək.
Bunu Ukrayna Ordusu Komandanlığının Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat açıqlayıb.
O, həmin dronların növünün hələ məlum olmadığını bildirib.
Yuri İqnat onu da əlavə edib ki, ölkəsi Rusiya tərəfinin hücumlarda istifadə etdiyi pilotsuz uçuş aparatlarının sayını artırmasına hazır olmalıdır.