azturkxeber.az
http://azturkxeber.az

Qadın cüdoçularımız Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar

05-06-2025

Bütün yaş qruplarından olan qadın cüdoçularımız Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilmiş təlim düşərgəsi 2–4 iyun tarixlərində baş tutub.

Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər. Təlim-məşq düşərgəsi qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatında mübarizə aparacaq qadın cüdoçularımız hazırlığın növbətini mərhələsini Bakıda, gənc və yeniyetmə qızlarımız isə Avstriyanın Leybnits şəhərində davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30