azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə sənət adamları ilə görüşüb

04-06-2025

İyunun 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada fəaliyyət göstərən sənət adamları ilə görüşüb.

Memar Əcəminin yurdu olan qədim Naxçıvanda tarixboyu görkəmli incəsənət nümayəndələrinin yaşayıb fəaliyyət göstərdiyini bildirən səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan sənətkarlıq məktəbinin izlərinə dünyanın bir çox yerlərində rast gəlinir. Qədim ənənələrə əsaslanan və yüksək estetik dəyərlərə malik zəngin sənət nümunələri ilə seçilən bu nadir irs yaşadılmalı və dünya miqyasında tanıdılmalıdır.
Səlahiyyətli nümayəndə görüş iştirakçılarının hər biri ilə fərdi söhbət aparıb, problemləri ilə maraqlanıb, təkliflərini dinləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30