azturkxeber.az
http://azturkxeber.az

Ombudsman “Sükuta məhkum edilən səslər” adlı tədbirdə iştirak edib

04-06-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İnsan Hüquqları Aylığı” çərçivəsində Hüseyn Cavidin Ev Muzeyində keçirilmiş “Sükuta məhkum edilən səslər” adlı tədbirdə iştirak edib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxışı zamanı Müvəkkil dahi yazıçı və dramaturq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında görkəmli ədiblərimizdən biri olduğunu bildirib.

Ombudsman repressiya qurbanı olmuş Hüseyn Cavidin nəşinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ədibin ata-baba torpağı olan Naxçıvana gətirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müvəkkil öz əzəli torpaqlarından didərgin düşmüş soydaşlarımızın təməl hüquqlarının bərpası istiqamətində qəbul olunmuş Qayıdış Konsepsiyasının Prezident İlham Əliyev tərəfindən insan hüquqlarına verilən ali dəyərin, həqiqət uğrunda repressiyalara məruz qalmış Hüseyn Cavid və onun timsalında minlərlə soydaşımızın haqq səsinin müdafiəsinin bariz göstəricisi olduğunu qeyd edib.

Tədbirdə, həmçinin Ombudsman Səbinə Əliyevaya “Hüseyn Cavidin epistolyar irsi” kitabı təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30