azturkxeber.az
http://azturkxeber.az

Nazirlər “Sağlam Radio”nun bir yaşını canlı efirdə təbrik etdilər

04-06-2025

Bu gün 93 FM dalğasında yayımlanan “Sağlam Radio”nun bir yaşı tamam olur. Səhiyyə naziri Teymur Musayev və Gənclər və İdman naziri Fərid Qayıbov "Sağlam Radio"nun bir yaşı münasibətilə “Sağlam səhər” verilişinin xüsusi qonaqları olublar.

Azturkxeber.az-a verilən məlumata görə, Nazirlər radionun səhər və axşam efirlərində sağlam həyat tərzi, düzgün qidalanma, idman və psixoloji sağlamlıq, müxtəlif xəstəliklər haqqında maarifləndirici mövzuların geniş müzakirəsi, ictimaiyyətə dəyərli məlumatlar çatdırıldığını vurğulayaraq, bir il ərzindəki fəaliyyəti yüksək qiymətləndiriblər.
Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, "Sağlam Radio” sübut etdi ki, sağlamlıq haqqında danışmaq sadə, asan, həm də faydalıdır: “Bu platformada mütəxəssislər ən mürəkkəb mövzuları hər kəs üçün anlaşılan tərzdə izah edirlər".
Gənclər və İdman naziri Fərid Qayıbov radionun idman və aktiv həyat tərzinin təşviqindəki rolunu xüsusi vurğulayıb: "”Sağlam Radio” yalnız informasiya vermir, həm də insanları aktiv həyata, sağlam yaşamağa sövq edir. Burada müzakirə olunan mövzular və idman barədə aparılan səmimi söhbətlər gənclər tərəfindən də maraqla dinlənilir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30