azturkxeber.az
http://azturkxeber.az

Narkotrafik ifşa olundu – Bakıda iki nəfər tutuldu, 10 kq narkotik götürüldü

04-06-2025

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin ölkə daxilində yayılmasının qarşısı alınıb.

Azturkxeber.az xəbər verir ki, Qaradağ və Nərimanov rayonlarında keçirilmiş əməliyyat zamanı əvvəllər məhkum olunmuş Orxan Kazımov (32 yaş) və Sadıq Musayev (31 yaş) saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıqları İran vətəndaşlarının göstərişləri ilə Astara və Lənkərandan paytaxta gətiriblər.

Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyatlar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30