azturkxeber.az
http://azturkxeber.az

Kjell A. Nordström: Müasir dünyada inkişaf istiqamətlərini insanlar özləri müəyyən etməlidirlər

04-06-2025

Kjell A. Nordström: Müasir dünyada inkişaf istiqamətlərini insanlar özləri müəyyən etməlidirlər

XX əsrdən başlayaraq dünyada qloballaşma meyilləri gücləndi. Qloballaşma sanki bir ideologiyaya çevrildi. Divarlar söküldü, informasiya daha geniş coğrafiyanı əhatə etməyə başladı, insanlar daha da yaxınlaşdılar.

Bunu Bakı Enerji Forumu çərçivəsində keçirilən sessiyada tanınmış iqtisadçı və biznes eksperti Kjell A. Nordström deyib.

O bildirib ki, qloballaşma prosesi heç də rəvan keçmədi.

“SSRİ dağıldı və bu ərazidə yaşayan xalqlar milli dövlətlərini qurdular və dünyaya inteqrasiya olunmağa başladılar. Bu respublikalar qlobal bazarlara qoşuldular. Bununla yanaşı texnologiyalar da inkişaf etdi ki, bu da öz növbəsində qlobal iqtisadiyyatın inkişafına səbəb oldu. Lakin bu inkişaf, qazanc istəyi konfliktlər yaratdı və böhranlar başladı. İlk olaraq dünya COVID-19-la mübarizə apardı, Rusiya-Ukrayna müharibəsi başladı və dünyada iqtisadi geriləmə müşahidə olundu”, - deyə Nordström vurğulayıb.

K.A.Nordström nəzərə çatdırıb ki, müasir dünyada inkişaf istiqamətlərini insanlar özləri müəyyən etməlidir: “Qloballaşma prosesləri heç də rəvan olmur. Çin böyük dövlət olmaqla yanaşı, həm də böyük bir sivilizasiyadır və özünün inkişaf yolu, hədəfləri var. Rusiyanın öz yolu, Avropanın isə tamamilə başqa istiqamətdə inkişaf perspektivləri var. Qlobal səviyyədə əməkdaşlıq və gələcəyin müəyyən olunması konfliktlərin qarşısını ala bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30